2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində 29 sentyabr 2024-cü il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Astara Sağlamlıq Günləri çərçivəsində Astara şəhərində növbəti ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim Ceyhun Məmmədov, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor, t.e.d., Gülnaz Dadaşova, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının Baş həkimi-rəisi, t.e.d., Bəxtiyar Musayev, Astara Rayon İcra Hakimiyyətinin Başçısı Qəzənfər Ağayev, Azərbaycan Respublikasının Əməkdar artisti Aybəniz Haşımova, Mərkəzi Gömrük Hospitalının həkimləri və əməkdaşları iştirak ediblər. Aksiya çərçivəsində Astara şəhərinin dənizkənarı park ərazisində müxtəlif növ dekorativ ağaclar əkilib.
foto
Son xəbərlər