XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Astarada "Ürək-damar xəstəliklərinin müalicəsində beynəlxalq təcrübənin tətbiqi" mövzusunda beynəlxalq elmi konfrans keçirilib

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg
  • 24.jpg
  • 23.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg

28 sentyabr 2024-cü il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, TƏBİB-in, Səhiyyə Nazirliyinin C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun, Nəsil Qrup və GEN İlac şirkətlərinin dəstəyi ilə Astara Sağlamlıq Günləri çərçivəsində Astara rayon Mədəniyyət Mərkəzində "Ümumdünya Ürək Günü”nə həsr edilmiş "Ürək-damar xəstəliklərinin müalicəsində beynəlxalq təcrübənin tətbiqi" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.


İlk öncə tədbirin  nümayəndə heyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə önünə tər çiçəklər qoyublar və sonra Heydər Əliyev muzeyi ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayan tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov konfrans iştirakçılarını salamlayıb, "Astara  Sağlamlıq Günləri" çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün həyata keçirilmiş tibbi sosial aksiya zamanı yüksəkixtisaslı mütəxəssislər tərəfindən göstərilən yüksək keyfiyyətli tibbi xidmətlərdən danışıb.


İdarə rəisi Ceyhun Məmmədov bildirib ki, ölkənin qabaqcıl və müasir tibb mərkəzlərindən biri  olan Mərkəzi Gömrük Hospitalında digər istiqamətlərlə yanaşı, kardiologiya sahəsi üzrə yüksəkixtisaslı mütəxəssislərin kardiologiya, invaziv kardiologiya, kardiocərrahiyyə sahəsində qazandığı zəngin təcrübə və bu təcrübənin cənub regionunun tibb işçiləri ilə bölüşməyi fərəh doğurur. Yerli kardioloqlar, ürək-damar cərrahları, invaziv kardioloqlar üçün nəzərdə tutulmuş bu konfrans xarici ekspertlərin iştirakı ilə təcrübə mübadiləsi aparmağa, ən son nailiyyətləri bölüşməyə imkan yaradacaq.
Daha sonra Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Astara Sağlamlıq Günü çərçivəsində təşkil olunan tədbirlərə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, TƏBİB-in və Səhiyyə Nazirliyinin C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun rəhbərliklərinə və həkimlərinə minnətdarlığını bildirib, konfransın işinə uğurlar arzulayıb.


Konfransın rəsmi açılış mərasimində çıxış edən Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov bildirib ki, hazırda bütün dünyada ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir və buna görə də, dövlətlər tərəfindən sosial qayğıların artması, insanların əmək qabiliyyətini itirməsinin qarşısının alınması hər bir ölkə üçün vacib məsələdir. Buna görə də, bu məsələdə istər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, istər TƏBİB, istərsə də digər qurumlar kimi, dövlət və özəl tibb müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. 


Konfransın açılış hissəsində TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor, t.e.d., Gülnaz Dadaşova və Türkiyənin Florence Healthcare İnternational Qrupunun icraçı direktoru Sinan Nazif Aran çıxış ediblər. 


Elmi konfrans cənub regionunun - Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan və Əlibayramlı rayonlarının tibb işçiləri üçün nəzərdə tutulmuş Konfransda Azərbaycanın, Türkiyənin və Almaniyanın yüksəkixtisaslı mütəxəssisləri təqdimatlarla çıxış ediblər və auditoriyanı maraqlandıran sualları cavablandırıblar. 
200-dən çox mütəxəssisin iştirak etdiyi Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 7 DTT balı ilə qiymətləndirilib.

 

foto