XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Abbott arasında Anlaşma Memorandumu imzalanıb

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 9.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg

29 iyun 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Abbott arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Sənədi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və Abbott şirkətinin İnkişaf etməkdə olan bazarlar üzrə Ürəyin struktur xəstəlikləri bölməsinin Baş direktoru Şarbel Muavad imzalayıblar.


İmzalanma mərasimində çıxış edən Ceyhun Məmmədov müasir tibbi texnologiyalar sahəsində Amerikanın aparıcı şirkətlərindən biri olan Abbott ilə əməkdaşlığın Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı üçün həm ürək xəstəliklərinin cərrahi müalicəsində istifadə olunan innovativ metod və materialların tətbiqi, həm də tibb işçilərinin ixtisaslarının artırılması sahəsində yeni imkanlar açacağını vurğulayıb.


Anlaşma Memorandumu çərçivəsində tərəflər Azərbaycan tibb işçilərinin ürəyin struktur xəstəliklərinin müalicəsi üzrə ixtisaslarının artırılması məqsədilə birgə təşəbbüslərin və elmi-praktik layihələrin həyata keçirilməsinə dair razılığa gəliblər. Bu təşəbbüslərə Mərkəzi Gömrük Hospitalının bazasında ürəyin struktur xəstəliklərinin müalicəsi sahəsində tibb işçilərinə müstəqil şəkildə təlimlər keçə biləcək mütəxəssislərin hazırlanması, beynəlxalq layihələrdə iştirak, beynəlxalq ekspertlərin və Abbott mütəxəssislərinin Mərkəzi Gömrük Hospitalının təhsil proqramlarına cəlb edilməsi, klinik tədqiqatların təşkili və aparılmasında dəstək, elmi məqalələrin hazırlanması, metodiki vəsaitlərin nəşri ilə bağlı əməkdaşlıq və digər məsələlər daxildir.


Həmçinin Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəhbərliyi və Abbott nümayəndə heyəti arasında keçirilmiş görüşdə Azərbaycanda səhiyyə sahəsində digər mümkün birgə təşəbbüslərlə bağlı Abbott şirkətinin təklifləri – yoluxucu xəstəliklərin diaqnostikası və profilaktikası, qadın sağlamlığı, uşaq qidaları və xüsusi qidalanma, çarpayı yanında diaqnostika və molekulyar diaqnostika – müzakirə edilib.


Rəsmi hissədən sonra Abbott mütəxəssisləri tərəfindən kardiocərrahlar, invaziv kardioloqlar və onların komandaları üçün iki hissədən ibarət master-klass keçirilib. Birinci hissədə Beyrut Tibb Mərkəzinin Amerikan Universitetində Struktur ürək xəstəlikləri proqramının direktoru, Kardiologiya bölməsinin Daxili xəstəliklər üzrə dosenti Dr. Fadi Savaya (Beyrut, Livan) ” Transkateter aortal qapaq implantasiyası (TAVI) üçün yeni həllin – NAVITOR-un təqdimatı. Nə üçün NAVITOR pasiyentlərin və həkimlərin ehtiyaclarına cavab verir?” mövzusunda, ikinci hissədə isə Abbot-un TAVI Terapiyanın inkişafı üzrə Regional Meneceri İsmail Evren Altuntop (Dubay, BƏƏ) “Transkateter aortal qapaq implantasiyası (TAVI) üçün yeni həllin – NAVITOR-un təqdimatı. İlk klinik məlumatlar və real dünya təcrübəsi” mövzusunda çıxış ediblər.

 

 foto