Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent Dr.İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, t.f.d. Aynur Səfiyeva, mama-ginekoloq, t.f.d. Mehriban Əmirova və patomorfoloq Müqabil Şıxəliyev 18-21 iyun 2022-ci il tarixlərində Naxçıvanda I Beynəlxalq Tibbi Forumda iştirak edirlər.
Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Endoskopik-Laporoskopik Cərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən forum ölkəmizin tarixində miqyası və əhatə dairəsi baxımından təşkil olunan ilk tibbi forumdur. Forumun işinə dünyanın 8 ölkəsindən 10 rektor, 20-dən artıq tibbi cəmiyyət və dərnək, 350-dən çox tibb elm adamları qoşulub.
Tədbirdə qastroenterologiya, invaziv endoskopiya, cərrahiyyə, ginekologiya, qaraciyər transplantologiyası, endokrinologiya və digər sahələr üzrə bir çox xəstəliklərin erkən diaqnostikasında və müalicəsində, o cümlədən laparoskopik, endoskopik və robotik cərrahiyyədə ən son yenilikər müzakirə olunur.
Son xəbərlər