27 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Anım Günündə Astara şəhərində Şəhidlər Xiyabanını ziyarət ediblər. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi, t.e.d., Bəxtiyar Musayev, tibbi heyəti və əməkdaşlar 27 Sentyabr - Anım Günü münasibətilə Vətən müharibəsində canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla anıblar, məzarların üzərinə tər çiçəklər düzüblər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Şəhidlərin əziz xatirəsi hər birimizin qəlbində daim yaşayacaq.
foto
Son xəbərlər