7 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 7 aprel – Ümumdünya Sağlamlıq Gününə həsr edilmiş tibbi xeyriyyə aksiyası keçirilib. Cəmiyyətimizdə yaşlı insanlara hər zaman dərin ehtiram olub, ahıllar daim qayğı və nəvazişlə əhatə olunub. Ümummilli lider Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük həssaslıqla yanaşırdı. Ölkəmizdə ahıl insanlara dövlət qayğısı ildən-ilə artır. Ahıl vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də diqqət mərkəzindədir.
Mərkəzi Gömrük Hospitalının aksiyaya cəlb edilmiş yüksəkixtisaslı həkimləri tərəfindən müəssisənin 120-yə yaxın sakininin tibbi müayinədən keçib.Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisinin müavini Rəna Qasımova, Poliklinika şöbəsinin rəisi, kardioloq Tamilla Əliyeva və Mərkəzi Gömrük Hospitalının həkimləri iştirak ediblər.
Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqları Samir Mustafayev, Emin Allahverdiyev, endokrinoloqu Naidə Novruzova, oftalmoloq Aynurə Əliyeva, damar cərrahı Səbuhi Dadaşov, təcili yardım həkimi Bəylər İmanov, nevroloqlar Arzu Məhərrəmova, Mehriban Məmmədova, psixiatr İradə Ramazanova, uroloq Bəhruz Xalıqov, dermatoloq Sevinc Kərimova və sonoloq Tükəzban Abdullayeva pansionatın yaşlı sakinlərini müayinə edib, onlara tibbi məsləhətlər verib, lazım olan müalicələri təyin ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev bildirib ki, 2020-ci ilin avqust ayında start verdiyimiz “Sağlam Ahıllar” xeyriyyə layihəsi çərçivəsində növbəti tədbiri keçirirk. Məqsədimiz ahıl insanları müayinə etmək, onlarda olan xəstəliklərin erkən aşkarlanmasına və qarşısının alınmasına köməklik göstərməkdir. İ.Əfəndiyev deyib: “Bu gün burada çoxprofilli həkimlər: kardioloqlar, terapevtlər, uroloqlar, cərrahlar, radioloqlar və tibb bacıları yaşlı insanları müayinə edəcək, tibbi xidmət göstərəcəklər. Burada yaşayan insanlar xəstəliklərinə uyğun olaraq yerində müayinə olunacaqlar. Mərkəzi Gömrük Hospitalından gətirdiyimiz dərmanlar ehtiyacı olanlara təyin ediləcək və onlar müvafiq müalicələrini alacaqlar”.
Mərkəzi Gömrük Hospitalının rəisinin müavini Rəna Qasımova aksiya çərçivəsində göstəriləcək tibbi xidmətlərdən danışaraq qeyd edib ki, bu müəssisədə yaşayan ahıllar daha çox nevroloji, kardioloji, uroloji, oftalmoloji, endokrinoloji və qan-damar xəstəliklərindən əziyyət çəkirlər. Onlar üçün hipoqlikemik dərmanlar, antibitiklər, ağrıkəsicilər, qan duruldan, qan artıran, qan təzyiqini tənzimləyən və s. ərmanlar gətirilib. Lazım olan zəruri aparatlar: arterial təzyiqi ölçən aparatlar, fonendoskopları hədiyyə olaraq onlara paylayacağıq”.
Tədbirin sonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin direktoru Samirə Mehtiyeva və pansionatın sakinləri bu cür xeyirxah aksiyanın keçirilməsinə görə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova dərin minnətdarlıqlarını bildiriblər. Samirə Mehdiyeva Tibbi Xidmət İdarəsinin bu cür aksiyalar keçirməsinin ənənə halını almasını yüksək qiymətləndirib və qeyd edib ki, bu aksiyalar zamanı həkim briqadalarının pansionata səfəri, yaşlı insanları müayinə etməsi, lazımi dərmanlarla təchiz etməsi ahıllara göstərilən qayğı və diqqətin bariz nümunəsidir.
“Sağlam Ahıllar” xeyriyyə layihəsinin həyata keçirilməsi burada ahılların özlərini qayğı, dəstək mühitində hiss etmələri və sağlamlıqlarının qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, 2 ildən artıq davam edən COVİD-19 pandemiyası pansionatda hiss olunmayıb. Bü gün keçirilən “Sağlam Ahıllar” tibbi müayinə tədbiri ahıl insanlar üçün ilk növbədə, çox böyük mənəvi dəstəkdir. Bu cür tədbirlərin hər biri ahıl insanlarda sonsuz sevinc və fərəh hissi yaradır”, - deyə o, əlavə edib. Tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Son xəbərlər