XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Dr. Aynur Səfiyeva “Kolorektal poliplərdə gender fərqləri” mövzusunda ABŞ-ın Nyu York şəhərində çıxış edib

Mərkəzi Gömrük Hospitalın ümumi cərrahı Dr. Aynur SƏFİYEVA 25-29 iyul 2019-cu il tarixlərində ABŞ-ın Nyu York şəhərində keçirilən Tibbi Qadınlar Beynəlxalq Assosiasiyasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib. Konfransda dünyanın müxtəlif ölkələrindən yüksəkixtisaslı həkim və alim qadınlar maraqlı təqdimatlar və posterlərlə qatılıblar.

 

Konfransda qadın sağlamlığı, qadınlarda yoğun və düz bağırsağ xəstəliklərinin rastgəlmə tezliyinin araşdırılması, piylənmənin qadınlarda göstərdiyi fəsadlar və çıxış yolları, uşaqlıq boynu xərçənginin profilaktikası məqsədilə HPV-nın mütləq şəkildə vaksinayası və qadın həkimlərinin hüquqlarının qorunması kimi mövzular geniş müzakirə olunub.

Dr. Aynur Səfiyeva “Kolorektal poliplərdə gender fərqləri” mövzusunda çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Dr. Aynur Səfiyeva çıxışında kolorektal poliplərdə CD 133 həssaslığı haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib.

 

Dr. Aynur Səfiyevanı konfransda çox maraqlı təqdimatla çıxış etməsi münasibətilə təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq.