XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Gömrük işçilərinin peşə bayramı günündə əməkdaşlarımız təltif olunub

30 yanvar – Gömrük işçiləri günündə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə  Mərkəzi Gömrük Hospitalının 6 əməkdaşına  növbəti xüsusi rütbə vaxtından əvvəl verilib, 1 nəfər fəxri fərman, 5 nəfər təşəkkür, 8 nəfər “Gömrük orqanlarında xidmətə görə” 3-cü dərəcəli döş nişanı və 1 nəfər “Gömrük Xidmətləri Əlaçısı” döş nişanı ilə təltif olunub. 


Hospitalda fəaliyyət göstərdikləri dövrdə vəzifələrini ləyaqətlə yerinə yetirdiklərinə, səhiyyənin müasir metodlarını öyrənib təcrübələrində tətbiq etdiklərinə, bəşəri bəla olan koronavirusa qarşı mübarizədə xüsusi xidmətlərinə  görə Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayevə, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyevaya, Təcili tibbi yardım şöbəsinin rəisi Rəna Qasımovaya, Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin rəisi Tural Sadıqova və Radiologiya şöbəsinin rəisi Eldəniz Hüseynova vaxtından əvvəl tibb xidməti polkovnik-leytenantı,  Alqı-satqı və təchizat şöbəsinin rəisi Fərid Əliyevə isə vaxtından əvvəl tibb xidməti mayoru rütbəsi verilib. 


Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin həkim-anestezioloq-reanimatoloqu Xəyal Məmmədov Azərbaycan Respublikası Gömrük İşini aparan İcra Hakimiyyəti orqanının fəxri fərmanı ilə təltif olunub. Hospitalın Texniki-təsərrüfat şöbəsinin rəisi Rəşad Fərəcova, Qan bankı şöbəsinin həkim-bioloqu Gülxar Quliyevaya, KVC şöbəsinin cərrahı Kənan Əsədova və Travmatologiya və Ortopediya şöbəsinin travmatoloq-ortopedi Müseyib Əhmədova təşəkkür elan edilib.


Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin həkim-sonoloqu Günay Əhmədova, Patomorfoloji diaqnostika şöbəsinin tibb bacısı Səkinə Əliyeva, Cərrahiyyə şöbəsinin böyük tibb bacısı Amaliya Əliyeva, Alqı-satqı və təchizat şöbəsinin anbar üzrə məsul şəxsi Natiq Məmmədov, Stomatologiya şöbəsinin tibb bacısı Məlahət Kərimova, Laboratoriya şöbəsinin həkim-immunoloqu Təranə Qonaqova, Nefrologiya və Efferent terapiya şöbəsinin tibb bacısı Gülşən Rüstəmova və  Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsnin tibb bacısı Nigar Şərifova “Gömrük orqanlarında xidmətə görə" 3-cü dərəcəli döş nişanı ilə təltif olunublar. Hospitalın Xəstə xidmətləri şöbəsinin rəisi Gülşən İmanova "Gömrük xidməti əlaçısı" döş nişanı ilə təltif edilib. 


Gömrük işçilərinin peşə günündə gömrük işçilərinə göstərdiyi diqqətə görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə təşəkkür edirik və təltif olunan bütün gömrükçüləri ürəkdən təbrik edərək çox çətin və şərəfli işlərində uğurlar diləyirik!