Gömrük əməkdaşları “Qan ver, ümid ol” şüarı altında keçirilən növbəti könüllü qanvermə aksiyasında iştirak ediblər. 14 iyun - Ümumdünya Qan Donoru Gününə həsr edilən aksiya Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə həyata keçirilib.
Aksiyada Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının rəhbəri Qumral Ələkbərova qanvermə aksiyasına qoşulan gömrükçülərə minnətdarlıqlarını bildiriblər.
Qanvermə aksiyası zamanı Mərkəzi Qan Bankının tibb briqadasının həkim-hematoloqları hər bir donorun sağlamlıq durumunu qiymətləndirdikdən sonra onlardan qan götürüblər. Aksiyada ümumilikdə 150 nəfərdən çox gömrükçü qan verib.
Son xəbərlər