XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Gömrük əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər

  • 7F8A9168.JPG
  • 7F8A9182.JPG
  • 7F8A9202.JPG
  • 7F8A9137.JPG
  • 7F8A9175.JPG
  • IMG_6095.JPG
  • 7F8A9159.JPG

9 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Ə.Eyvazov adına Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı bölümünün birgə təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə “Qan ver, ümid ol” şüarı altında növbəti könüllü qanvermə aksiyası keçirilib. 


Tədbirin rəsmi açılışı hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev çıxış edərək, həssas insanlar qrupu üçün donor qanının həyati məsələ olduğunu, insanın öz sağlamlığı baxımından əhəmiyyətli olduğunu vurğulayıb və bu nəcib təşəbbüsə qoşulan gömrükçülərə minnətdarlıqlarını bildirib. 


Aksiyada Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Əməliyyat və İstintaq Baş İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi və Mərkəzi Gömrük Hospitalının əməkdaşları olmaqla, ümumilikdə 158 nəfərdən çox gömrükçü qan verib. Tədbirin rəsmi açılışı hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, İnzibati İdarəetmənin Təşkili şöbəsinin baş inspektoru Minarə Qafarova, Mərkəzi Gömrük Hospitalının Qan bankı şöbəsinin rəisi Gülnar Xəlilova iştirak ediblər. 


Qanvermə aksiyası zamanı həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Donorlar bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndirib və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər. Qeyd edək ki, tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.