Həkim-metodisti Səttar Yaqubov, baş tibb bacısı Gülyaz Fərəcova, böyük tibb bacısı Cəmilə Qarayeva və tibb bacısı Ruhəngiz Həsənova 10-15 noyabr 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində AZDAS şirkətinin təşkilatçılığı ilə EMSEY Hospitalda keçirilən “Dezinfeksiya, antiseptika və sterilizasiya” dərnəyinin praktik kursunda iştirak etmək üçün Türkiyə Respublikasına ezam olunublar.
Mərkəzi Gömrük Hospitalının tibbi personalının təlimdə iştirak etməsinin əsas məqsədi Hospitalda cərrahi əməliyyatların aparılmasına xüsusi tələblərin olmasını nəzərə alaraq, sanitar-epidemik vəziyyətə nəzarətin gücləndirilməsi və xəstəxanadaxili infeksiya ilə mübarizənin daha effektiv aparılması üçün beynəlxalq təcrübədən yararlanmaqdır.
Son xəbərlər