XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

“İnfeksion və qeyri-infeksion hepatitlərin müalicə və diaqnostikasına müasir yanaşma” mövzusunda Elmi Konfrans həyata keçirilib.

  • 1.jpg
  • 2.jpg
  • 3.JPG
  • 4.JPG
  • 5.JPG
  • 6.JPG
  • 7.JPG
  • 8.JPG
  • 9.JPG
  • 10.JPG

6 mart 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “Azəri Toksikoloqlarının Dərnəyi” İctimai Birliyinin, “Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” İctimai Birliyinin, “Azərbaycan İnfeksion Xəstəlikləri və Kliniki Mikrobiologiya Cəmiyyəti”-nin və Materia Medica şirkətinin birgə təşkilatçılığı ilə “İnfeksion və qeyri-infeksion hepatitlərin müalicə və diaqnostikasına müasir yanaşma” mövzusunda Elmi Konfrans həyata keçirilib.


Konfransın rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev çıxış edərək yoluxucu xəstəliklərlə mübarizənin qlobal səviyyədə mütəmadi xarakter daşımasının vacibliyini vurğulayıb. İstər hepatitlərin erkən aşkarlanması istiqamətində həyata keçirilən maarifləndirici tədbirlərin, istər də hepatit xəstələrinin hərtərəfli diqqət və qayğı ilə əhatələnməsinin dövlət səviyyəsində prioritet məsələlərdən olduğunu qeyd edən İ.Əfəndiyev konfransın müvafiq ixtisaslı həkimlər arasında təcrübə mübadiləsinə böyük töhfə verəcəyinə inandığını vurğulayıb. 


Konfransın rəsmi açılış hissəsində eyni zamanda Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d, əməkdar həkim Rəşad Mahmudov və Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri, Hepatit Komissiyasının sədri Fərrux Sədirov da çıxış edərək mövzu ilə əlaqəli fikirlərini bölüşüblər. 


Rəsmi hissədə çıxış edən Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri, Hepatit Komissiyasının sədri Fərrux Sədirov çıxışı zamanı “Hepatit Komissiyasının fəaliyyəti və Azərbaycanda mövcud vəziyyət” barədə konseptual məruzə təqdim edib. 


Rəsmi açılış hissəsindən sonra konfrans “İnfeksion hepatitlərin müalicə və diaqnostikasına müasir yanaşma” və “Qeyri-infeksion hepatitlərin müalicə və diaqnostikasına müasir yanaşma” panelləri ilə öz işini davam etdirib. 
100-ə yaxın mütəxəssisin əyani, 300-dən çox mütəxəssisin onlayn iştirak etdiyi konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.

 

foto