XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Könüllü gömrükçülər Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində fəaliyyətə başlayıblar

  • 43.jpg
  • 42.jpg
  • 41.jpg
  • 40.jpg

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində könüllülük hərəkatının inkişafı çərçivəsində yaradılan “Könüllü gömrükçü” dəstəsinin 15 üzvü 3 ay müddətində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin müvafiq şöbələrində fəaliyyətə başlayıb. 

 

Bununla əlaqədar olaraq Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində çalışacaq könüllü gömrükçü dəstəsinin üzvləri ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, könüllü gömrükçülər və digər nümayəndələr iştirak ediblər. 

 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım könüllü gömrükçüləri salamlayaraq, könüllülük hərəkatının tarixi, karyera yüksəlişində əhəmiyyəti, eləcə də Mərkəzi Gömrük Hospitalının fəaliyyəti, şöbələrin iş pirinsipləri barədə ətraflı məlumat verib. Rəis müavini Şahlar Mirqasım çıxışında qeyd edib ki, könüllülük hərəkatının nəzərə çarpacaq yüksəlişi məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmuş, 1998-ci ildə Gənclər və İdman Nazirliyinin BMT-nin İnkişaf və Könüllülər Proqramı ilə birgə fəaliyyətə başlamış pilot layihə gənclər arasında böyük maraqla qarşılanmış və hazırda uğurla davam etdirilir. 

 

Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev könüllü gömrükçülərin təhsil aldıqları ixtisaslar üzrə nəzəri və praktiki biliklərin daha da möhkəmləndirilməsi, onların potensial kadr kimi yetişdirilməsi istiqamətində bütün zəruri addımların atılacağını bildirib.

 

Daha sonra Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova çıxışında könüllü gömrükçüləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. 

 

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin müxtəlif şöbə və bölmələrində könüllü gömrükçü kimi fəaliyyət göstərəcək könüllü gömrükçüləri - Fidan Bayramova, Səbinə Hacıyeva, İlahə Qacayeva, Fidan Əmişova, Şəms Abbasova, Aybəniz Gözəlova, Nuray Məmişova, Aişə Eyvazova, Sevinc İsmayılova, Lalə Həsənova, Ləman Fətullayeva, Sərahət Hüseynova, Əminə Ağayeva, Ayşən Qəhrəmanova və Asya Babayevanı  təbrik edir, onlara fəaliyyətlərində nailiyyətlər arzulayırıq!