“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı “Korrupsiyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
27 noyabr 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı “Korrupsiyaya qarşı mübarizə” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavinləri Şahlar Mirqasım və Fərid Əbilov, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, o cümlədən əməkdaşlar iştirak ediblər.
Salamlama nitqi ilə çıxış edən Şahlar Mirqasım korrupsiya ilə mübarizənin ölkəmizdə prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Ş.Mirqasım səhiyyə sahəsində keyfiyyətli, bərabər və əlçatan səhiyyə xidmətlərinin təşkilində korrupsiya ilə mübarizənin olduqca əhəmiyyətli nüans olduğunu və Mərkəzi Gömrük Hospitalında korrupsiya ilə mübarizə istiqamətində mütəmadi olaraq əməkdaşlar arasında məlumatlandirici sessiyalar həyata keçirildiyini vurğulayıb.
Daha sonra Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin rəisi Rəna Hüseynova “Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu haqqında ətraflı məlumat verib və auditoriya tərəfindən verilən sualları cavablandırıb.
Tədbirdə eyni zamanda Tibbi Xidmət İdarəsinin baş mühasibi Seyfulla Hüseynov və elmi-təcrübi və tədris mütəxəssisi Şəhla Mirzəzadə də çıxış edərək səhiyyə sahəsində qarşılaşıla biləcək korrupsiya halları və mübarizə istiqamətində atılmalı olan addımlarla bağlı ətraflı məlumat veriblər.
Tədbirin sonunda Tibbi Xidmət İdarəsinin rəis müavini Fərid Əbilov deyib: "Gömrük orqanlarının əməkdaşları olaraq biz hər zaman göstərilən etimadı doğrultmaq üçün bütün səylərimizi səfərbər etməliyik. Şəxsi və təşkilati nüfuzumuz naminə vəzifə səlahiyyətlərimizdən sui istifadə etməməli, məsuliyyətlə yanaşmaqla korrupsiya hüquqpozmalarına qarşı daha da ciddi və səmərəli mübarizə aparmalıyıq. Hərkəs bu məsələnin daim diqqətlə saxlanıldığını nəzərə alaraq şəffaf iş mühitinin təşkilində iştirak etməlidir.”
Son xəbərlər