XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalı aztəminatlı ailələrə yardım edib

Koronavirus (Covid-19) infeksiyası ilə mübarizədə ilk gündən etibarən ön sıralarda yer alan gömrükçülər sosial dəstək aksiyalarında da fəal iştirak edirlər. Mərkəzi Gömrük Hospitalının əməkdaşları bu məqsədlə aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardım ediblər.


Xüsusi karantin rejimi dövründə aztəminatlı ailələrə dəstək tədbirləri çərçivəsində Mərkəzi Gömrük Hospitalının əməkdaşları tərəfindən 80-dən çox aztəminatlı ailəyə köməklik göstərilib, həkim müayinəsi aparılıb, onlara gündəlik zəruri qida məhsullarından ibarət ərzaq sovqatı paylanılıb və xüsusi karantin rejimi dövründə evdə qalmaları tövsiyə edilib.


Mərkəzi Gömrük Hospitalın yüksəkixtisaslı həkimləri yaşlı insanların diaqnostik tibbi müayinələrini həyata keçirib və səhhətində problem aşkarlanan insanlara peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.