XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalı Teletibb xidmətinə başlayıb

Daim pasiyentlərin rahatlığını düşünən Mərkəzi Gömrük Hospitalı Teletibb xidmətini tətbiq edib. Artıq karantin müddətində və ya özünütəcrid zamanı evdə qalan pasiyentlər Mərkəzi Gömrük Hospitalının həkimləri ilə Teletibb xidməti vasitəsi ilə canlı bağlantı quraraq onların online-məsləhətini ala bilərlər.

 
Online-məsləhət almaq üçün pasiyent Mərkəzi Gömrük Hospitalının https://customshospital.az veb saytına daxil olaraq Həkimlər bölməsində canlı bağlantı qurmaq istədiyi həkimin səhifəsində Teletibb düyməsi vasitəsi ilə müraciət edə bilər. 


Bu xidmət ilk növbədə, karantin dövründə insanların rahatlığı, yəni evdən çıxmadan tibbi yardım üçün müraciət etməsi məqsədilə tətbiq olunub. Karantin zamanı Mərkəzi Gömrük Hospitalının Teletibb xidmətindən pulsuz istifadə etmək olar. Bu xidmət haqqında ətraflı məlumat almaq üçün (012) 404-08-08 nömrəsinə zəng vuraraq və ya (050) 404-08-08 WhatsApp nömrəsinə yazaraq ətraflı məlumat almaq mümkündür.