29 fevral 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının təşkilatçılığı ilə “Uşaq xəstəliklərinin diaqnoz və müalicəsində multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib. Tədbirdə Azərbaycanın aparıcı dövlət və özəl tibb müəssisələrində çalışan yüksəkixtisaslı pediatrlar iştirak ediblər. Tədbiri giriş sözü ilə Mərkəzi Gömrük Hospitalının rəis müavini Ceyla Əhmədxanova açaraq, seminar iştirakçılarını salamlayıb, müasir dövrdə pediatriyanın inkişafından və Mərkəzi Gömrük Hospitalında uşaq xəstəliklərinin müalicəsində yeni yanaşmalardan danışıb.
Tədbirin rəsmi açılışının sonunda Mərkəzi Gömrük Hospitalının fəaliyyətini və nailiyyətlərini əks etdirən video çarxın nümayişi iştirakçılar tərəfindən maraqla izlənib. Seminarda Məkəzi Gömrük Hospitalının həkim kardioloqu Nəsimi Cabbarov “Uşaqlarda ürək qüsurlarının aşkarlanmasında pediatrın rolu” və uşaq cərrahı Vüsal Cəfərov “Yenidoğulmuşlarda uroloji problemlər: erkən aşkarlanmanın əhəmiyyəti” mövzusunda təqdimatla çıxış ediblər.
Mərkəzi Gömrük Hospitalının pediatriya şöbəsinin rəisi, pediatr-neonatoloq-reanimatoloq Telman Aytayev “Sağlam və xroniki xəstəliyi olan uşaqlarda vaksinasiya: peyvəndlərin tətbiqinə müasir baxış” və otorinolarinqoloq Aynur Vəliyeva “Yenidoğulmuşlarda orta qulağın iltihabı: diaqnoz və müalicə” mövzusunda çıxış edərək pediatriya sahəsində əldə edilən nailiyyətlərdən danışıb və dünya təcrübəsinin yeniliklərini seminar iştirakçılarına çatdırıblar.
Mərkəzi Gömrük Hospitalının çıxış edən həkimləri uşaqlarda tez-tez rast gəlinən kardioloji, uroloji və qulaq xəstəliklərinin müalicəsində müasir yanaşmalar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və auditoriyanı maraqlandıran sualları cavablandırıblar. Seminar çıxışlar ətrafında müzakirələrlə davam edib.
Son xəbərlər