XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalında PZR laboratoriyası fəaliyyətə başlayıb

Mərkəzi Gömrük Hospitalında laborator müayinə imkanları genişləndirilərək yeni müasir PZR laboratoriyası fəaliyyətə başlayıb. Hospitalda müasir Real vaxtlı PZR (Real-Time PCR) laboratoriyası Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən bioloji təhlükəsizlik (BSL2 / BSL2+) standartlarına tam cavab verir.


Laboratoriya müasir avtomatik MagNA Pure 24 Roche ekstraktor cihazı ilə təchiz edilib ki, bu sistem 1 saat ərzində 24 nümunə əldə etməyə imkan verir. Real vaxtlı PZR müayinəsinin aparılması üçün burada qabaqcıl avtomatik Real-Time Bio-Rad CFX96 Touch cihazı quraşdılırmışdır. Sentrifuqalar, avtomatik dispenserlər, yoluxucu materialların toplanması və daşınması üçün konteynerlər, dezinfeksiyaedici maddələr və fərdi qoruyucu vasitələr laboratoriyada iş axınının təhlükəsizliyini tam olaraq təmin edir.


Laboratoriyanın müasir havalanma sisteminin yüksək keyfiyyətli   hepafiltrlərlə təchiz edilməsi iş prosesində  havada  mikrohissəciklərin olmamasını və tədqiq olunan materialın çirklənməməsini təmin edir. Laboratoriyada tibbi tullantıların utilizasiyası milli və beynəlxalq qaydalara uyğun tənzimlənir.


Hazırda bu laboratoriyanın fəaliyyəti ölkəmizdə SARS-CoV-2 virusuna yoluxması ehtimalı olan insanların Real-Time PZR testlərindən keçirilməsi prosesinə kömək edilməsinə yönəldilib.