XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalında “Uşaqlarda qurğuşun zəhərlənməsinin profilaktikası” mövzusunda Dəyirmi masa keçirilib.

  • 395908990_756150039857752_5349659683329184898_n-(1).jpg
  • 396480755_756150129857743_7633523493551613095_n.jpg
  • 394287941_756150176524405_8898534226335395499_n.jpg
  • 396497652_756150279857728_3341700138336733193_n.jpg
  • 396513140_756150569857699_2125064681612924161_n.jpg
  • 396473755_756150719857684_8949123872659435201_n.jpg
  • 396371841_756150903190999_5560372872752110865_n.jpg
  • WhatsApp-Image-2023-10-27-at-19.38.jpg
  • 396384958_756151069857649_1776227057003542263_n.jpg
  • 396461452_756150969857659_4791696630017013919_n.jpg
  • 396449115_756151153190974_855849982697552610_n.jpg
  • 395786316_756151263190963_1899664226357665726_n.jpg

27 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azəri Toksikoloqlarının Dərnəyinin birgə təşkilatçılığı ilə “ÜST-nin qurğuşunla zəhərlənmənin qarşısının alınması üzrə beynəlxalq tədbirlər həftəsi”nə həsr edilmiş “Uşaqlarda qurğuşun zəhərlənməsinin profilaktikası” mövzusunda Dəyirmi masa keçirilib.


Tədbirin rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi,  t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, bu cür Dəyirmi masaların keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, hazırda istehsal olunan və idxal olunan, məişətdə geniş istifadə olunan qurğuşun tərkibli boyaların uşaq orqanizminə zərərindən danışaraq, qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının, Birləşmiş Millətlər Təşkilatının bir sıra qurumlarının, Qurğuşun boyalarının qadağan edilməsi üzrə Qlobal Alyansın həyata keçirdiyi tədbirlərə baxmayaraq, təəssüflər olsun ki, qurğuşun tərkibli boyaların istehsalı, idxalı və istifadəsi bir çox ölkələrdə, o cümlədən Azərbaycanda hələ də davam edir. Bu, qanunvericilik vasitəsilə tənzimlənə bilər. Belə bir qanun layihəsi də hazırlanmışdır və bu məsələ barədə fikirlərimizi bölüşüb müzakirə edəcəyik.


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim Rəşad Mahmudov da Dəyirmi masa iştirakçılarını salamlayaraq, mövzu ilə əlaqədar fikirlərini bölüşüb və Tibbi Xidmət İdarəsi tərəfindən keçirilən tədbirləri yüksək qiymətləndirib. O, bildirib ki, istər valideyn kimi, istər həkim kimi, istərsə bir vətəndaş kimi, istərsə də millət vəkili kimi baxanda görürük ki, bu hamının marağında olması vacib olan bir məsələdir və bunun bu günə qədər həllini tapmaması hər birimizi narahat edir. Biz uşaqlarımızı, gələcəyimizi qorumalıyıq. O, qısa müddətdə ekspertlərin iştirakı ilə qanun layihəsinin Milli Məclisə daxil olması və orada beynəlxalq standartlara uyğun qəbul olunmasına nail olunacağına əminliyini bildirib. 


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent, həkim-toksikoloq İsmayıl Əfəndiyev konseptual məruzə ilə çıxış edərək, uşaqlarda qurğuşunla zəhərlənmə barədə ətraflı məlumat verib və onun qarşısının alınması yollarından danışıb. Azərbaycanda qurğuşun boyalarının tənzimlənməsinin hazırkı vəziyyəti və bu sahədə əldə olunan irəliləyişlər barədə tədbirdə ətraflı məruzə ilə çıxış edən İsmayıl Əfəndiyev daha sonra dinləyicilərin çoxsaylı suallarını cavablandırıb.


Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi, Azəri Toksikoloqlar Dərnəyinin katibi Leyla Fətullayeva “Qurğuşuna məruz qalmanın əhatə dairəsi və sağlamlıq üçün təhlükələri” mövzularında məruzələrlə çıxış etmiş,  Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Səbinə İbrahimova və Mərkəzi Gömrük Hospitalının həkim pediatrı Təranə Göyüşova Azərbaycanda uşaqlarda və həssas qruplarda qanda qurğuşun və digər ağır metalların öyrənilməsi layihəsini təqdim ediblər. Tədbirdə Azərbaycan Səhiyyə nazirliyinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Ümumdünya Səhiyyə təşkilatının, UNİCEF-in və digər təşkilatların nümayəndələri iştirak ediblər.


Dəyirmi masada tərkibində qurğuşun olan boyaların insan sağlamlığına, xüsusilə də uşaqların səhhətinə mənfi təsiri ilə bağlı aktual məsələlər, boyalarda qurğuşun miqdarının tənzimlənməsi və ona nəzarət sahəsində digər ölkələrin əldə etdiyi nailiyyətlər, eləcə də bu istiqamətdə atılacaq zəruri addımlar müzakirə olunub. Dəyirmi masa tədbir iştirakçılarının maraqlı müzakirələrlə başa çatıb.

 

foto