XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalında “Yeni növ narkotik vasitələr, psixotrop maddələr, hallüsinogenlər və prekursorlar” mövzusunda maarifləndirici təlim keçirilib

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg

27 avqust 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə gömrük orqanlarının rəhbər vəzifəli şəxsləri üçün “Yeni növ narkotik vasitələr, psixotrop maddələr, hallüsinogenlər və prekursorlar” mövzusunda maarifləndirici təlim keçirilib.


Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov təlim iştirakçılarını salamlayaraq, aktual mövzuda keçirilən təlimin mövzusunun narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə və onun yaratdığı problemlərə həsr olunduğunu bildirib. İdarə rəisi Ceyhun Məmmədov narkotik vasitələrin yayılmasına qarşı gömrük işçilərinin apardığı mübarizədə gömrükçülər arasında bu mövzuda maarifləndirmə işinin aparılmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. 


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent, tibb xidməti polkovnik-leytenantı İsmayıl Əfəndiyev tədbirin rəsmi açılış hissəsində çıxış edərək yeni növ narkotik vasitələr və psixotrop maddələr mövzusunun geniş olduğunu qeyd edib və təlimdə müzakirə olunan mövzularım təlim iştirakçıları tərəfindən təmsil etdikləri qurumlarda, iş yerlərində insanlara çatdırılacağına ümidvar olduğunu bildirib.  


Daha sonra rəis müavini İsmayıl Əfəndiyev “Ənənəvi və yeni narkotik vasitələr, psixotrop maddələr və hallüsinogenlər: müasir dünyanın qlobal problemi” mövzusunda, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Həkim-Tibb Komissiyasının həkim-psixiatrı, t.ü.f.d, tibb xidməti baş leytenantı Gülay Məmmədzadə “Psixotrop preparatlar: onların riskləri və fəsadları”, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi, gömrük xidməti leytenantı Şəhla Mirzəzadə “Prekursorlar haqqında nələri bilməliyik?” və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi, gömrük xidməti kapitanı Azad Əhmədov “Saxta dərman vasitələri və onların yayılmasına qarşı mübarizə” mövzusunda təqdimatlarla çıxış ediblər.


Qeyd edək ki, təlim iştirakçılarının mövzu ilə bağlı  biliklərinin yoxlanılması və təlimdən sonra məlumatların mənimsələnməsi səviyyəsini müəyyən etmək üçün pre-test və pro-test keçirilib.


Təlim sual-cavabla və maraqlı müzakirələrlə başa çatıb.

 

foto