Mərkəzi Gömrük Hospitalının cərrah transplantoloqu Mircəlal Kazımi "Business Time" jurnalı tərəfindən Transplantologiya sahəsində əldə etdiyi yüksək nəticələrinə görə “İlin həkimi” nominasiyasında “Azeri Business Award 2019” Milli mükafatına layiq görülüb. Fevralın 29-da “Buta Palace”da keçirilən təqdimetmə mərasimində Dr.Mircəlal Kazımi “Business Time” jurnalının rəhbərliyinə onu bu mükafata layiq gördükləri üçün təşəkkür edib.
Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru, ümumi cərrah və cərrah transplantoloq Mircəlal Kazıminin adı Azərbaycanda müasir transplantologiyanın adı ilə bağlıdır. Dr.
Mircəlal Kazımi 2008-ci il dekabrın 12-də Azərbaycan Respublikasında, eləcə də Qafqazda və Orta Asiyada ilk dəfə canlıdan-canlıya qaraciyər transplantasiyası əməliyyatını icra edib.
Dr. Mircəlal Kazımi azərbaycanlı həkimlərdən ibarət peşəkar bir komanda ilə Azərbaycanda qaraciyər və böyrək transplantasiyası əməliyyatlarını peşəkarcasına həyata keçirir və onun rəhbərliyi ilə artıq 800-dən çox insana qaraciyər və böyrək transplantasiyası əməliyyatı icra edilib.
2019-cu ildə Dr.Mircəlal Kazıminin səyləri nəticəsində dünyada bir ilkə də imza atılıb. Eyni seansda 5 yaşlı uşaq üzərində unikal əməliyyat - süni qan dövranı aparatına girmədən qaraciyər transplantasiyası və koronar by pass əməliyyatı icra olunub. Elə həmin ildə Dr.Kazımi öz komandası ilə birlikdə Mərkəzi Gömrük Hospitalında 500-cü böyrək köçürülməsi əməliyyatını həyata keçirib.
Dr.Mircəlal Kazıminin məhsuldar və uğurlu fəaliyyəti nəticəsində qaraciyər transplantasiyası bölməsi Avropa Qaraciyər Transplantasiyası reyestrinin həqiqi üzvü qəbul edilib. Mərkəi Gömrük Hospitalının kollektivi Dr.Mircəlal Kazımini “İlin həkimi” adı alması münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı, şərəfli və məsuliyyətli işində yeni uğurlar diləyir!
Son xəbərlər