XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalı Tibbi laboratoriyasının ISO 15189:2012 standartı üzrə auditi ikinci dəfə müvəffəqiyyətlə başa çatıb

Mərkəzi Gömrük Hospitalı Tibbi laboratoriyasının ISO 15189:2012 “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahiyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət standartına uyğun olması üzrə audit akkreditasiyası ikinci dəfə  müvəffəqiyyətlə başa çatıb. Auditin nəticələrinə görə Mərkəzi Gömrük Hospitalı Tibbi laboratoriyasının ISO 15189:2012 beynəlxalq keyfiyyət standartına uyğun olduğu təsdiq edilib. 


ISO standartları üzrə beynəlxalq ekspertlər tərəfindən laboratoriyanın operativ və keyfiyyətli xidmət göstərməsi üçün tələb olunan şəraitin ISO 15189:2012 standartına uyğun olması, səhiyyə normativlərinin yerinə yetirilməsi, müayinə nəticələrinin düzgünlüyü, laboratoriya avadanlıqlarının və analiz üsullarının yüksək tələblərə uyğun olaraq təşkil edilməsi audit edilib.


Laboratoriyanın ISO 15189:2012 üzrə akkreditasiyası tibb sahəsində yüksək səviyyəli xidmətə, analiz nəticələrinin dəqiqliyinə, sənədləşmə prosedurlarına nəzarətə, risklərin minimuma endirilməsinə və hər şeydən əvvəl, pasiyentlərin məmnunluğuna zəmanət verir.


Mərkəzi Gömrük Hospitalının tibbi laboratoriyası Azərbaycanda fəaliyyət göstərən qabaqcıl klinik-diaqnostik laboratoriyalardan biridir. Laboratoriya müasir, tam avtomatlaşdırılmış analizatorlarda 24 saat rejimində klinik, biokimyəvi, immunoferment və bakterioloji tədqiqatların aparılması üçün bütün zəruri resurslara malikdir.