Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərən Elmi-Təcrübi və Tədris Mərkəzin rəisi Rəşad Mahmudov 2-3 oktyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində təşkil olunan “Xroniki serebrovaskular çatışmazlığın müasir aspektləri” (Modern aspects of chronic cerebrovascular insufficiency) adlı beynəlxalq konfransda iştirak etdi.
Müxtəlif ölkələrdən 500-ə yaxın nümayəndənin iştirak etdiyi konfransda təmsilçimiz “Karotid və koronar arteriyaların qarışıq xəstəliklərində taktikalar” mövzusunda maraqlı məruzəsi ilə çoxsaylı auditoriyanın diqqətinə maraqlı məlumatları təqdim etdi.
Son xəbərlər