XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

MGH-nın fizioterapevti Institute Elena Salva-da master-klass proqramına qatıldı

Mərkəzi Gömrük Hospitalın fizioterapevti Səidə Kərimova İspaniyanın Barselona şəhərində yerləşən məşhur Institute Elena Salva Skoliozun Reabilitasiya Mərkəzində 15-19 oktyabr tarixlərində təcrübə artırma üzrə master-klass proqramına qatıldı. Mərkəzin rəhbəri, Avropanın tanınmış mütəxəssisi, professor Manuel Rigo fizioterapiya və reabelitasiya haqqında ən son yenilikləri, müasir yanaşmaları və öz peşəkar təcrübəsini iştirak edən həkimlərlə bölüşmüşdür. Bu proqram sayəsində fizioterapevtimiz Səidə Kərimova Mərkəzi Gömrük Hospitalın pasiyentlərinin sağlamlıqlarının bərpa edilməsində tətbiq olunacağı  skoliozun müalicəsində multidisiplinar yanaşma ilə yaxından tanış oldu.