XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

MGH-nın ümumi cərrahı Fransada Avropa Koloproktologiya Cəmiyyətinin 13-cü Elmi konfransında iştirak etdi

Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Aynur Səfiyeva 26-28 sentyabr 2018-ci il tarixlərində Fransanın Nitsa şəhərində təşkil olunmuş Avropa Koloproktologiya Cəmiyyətinin  (European Society of Coloproctology(ESCP)) 13-cü  Elmi konfransında iştirak etmək üçün Hospitalın rəhbərliyi tərəfindən ezam olundu. Konfransdan əvvəl Avropa Koloproktologiya Cəmiyyətinin  Milli Təmsilçilərinin növbəti dairəvi masa arxasında toplantısı baş tutdu. Toplantıda milli təmsilçilərin hesabatları, arzu və iradları dinlənildi. Sevindirici haldır ki, 2018-ci ilin 5 may tarixində Bakıda keçirilmiş  II Azərbaycan-Turkiyə Kolorektal cərrahiyyə günləri bu iclasda mühüm və vacib tədbir kimi qeyd edildi. 


ESCP prezidenti Prof.Ethem Gecim çıxışı zamanı Azərbaycanı ESCP ailəsinin ən gənc üzvü olduğunu qeyd edərək işlərində ugurlar arzuladı. 


Konfransın proqramında kolorektal xərçəngdə cərrahi əməliyyatlarda yeniliklər, “Watch and wait” for rectal cancer, hemorroidektomiyada yeni texnika və ya geriyə qayıdış, video sessiyalar, Satellit Simpoziumlar, Fecal incontinence, TaTMe və iltihabi bağırsaq xəstəlikləri və bu kimi başqa mövzular da yer aldı. Emldə yenilik olan Anal fistullarda LİFT, Flap və yeni plug texnologiyası təqdim edildi. Hemoroidektomiyada daha çox LigaSure hemorroidektomiya uyğun texnika olaraq qəbul edildi. Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında artıq neçə illərdir ki, bu metod tətbiq olunur.