XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalının cərrahı Amsterdamda keçirilən təlimdə iştirak edib

5-6 dekabr 2019-cu il tarixlərində Hospitalımızın üz çənə cərrahı Ülviyyə Məmmədova Avropanın üz-çənə cərrahları Assosiasiyasının və SORG Akademiyasının birgə təşkilatçılığı ilə Hollandiyanın Amsterdam şəhərində keçirilən “Çənə sınıqlarının yeni cərrahi metodlarla rekonstruksiyası” mövzusunda təlim kursunda iştirak edib.


Təlimin birinci günündə üz sinirlərinə zərər vermədən müasir metodlarla daha konservativ, az travmatik əməliyyat metodları haqqında ətraflı məlumat verilib, əməliyyatdan sonra baş verən ağırlaşmalar, fəsadlar barədə danışılıb və patoloji əməliyyatdan sonrakı ağırlaşmaların aradan qaldırılması yolları müzakirə edilib.


Seminarın ikinci günü iştirakçılar cərrahi əməliyyatlar üçün hazırlanmış meyitlər üzərində çənə sümüyünün fərqli sınıqlarından ibarət cərrahi əməliyyatları icra ediblər. Uşaqlarda və böyüklərdə üz-çənə əməliyyatlarının, əməliyyat sonrası baş verə biləcək ağırlaşmalar, fəsadlar zamanı nələr etmək lazım olduğu öyrədilib.Kursun kredit miqdarı 14 bal təşkil edib.


Təlimdə üz-çənə cərrahiyyəsi sahəsində standart üsullarla aparılan əməliyyatlarla yanaşı, daha müasir yanaşmalar müzakirə edilmiş, iştirakçılar daha az invaziv, daha az travmatik əməliyyat üsullarını öyrənmiş, üz-çənə əməliyyatlarını endoskopik üsullarla – geniş kəsiklər aparılmadan həyata keçirilməsi yollarına yiyələniblər.