Mərkəzi Gömrük Hospitalı koronavirus pandemiyası ilə əlaqədar 11 iyun 2020-ci il tarixindən etibarən hospitalın işi yalnız COVID-19 xəstələrinin müalicəsinə həsr olunub. Dövlət Gömrük Komitəsinin dəstəyi ilə Mərkəzi Gömrük Hospitalının klinik şöbələri, laboratoriya və diaqnostika xidmətləri ən innovativ tibbi avadanlıq və cihazlarla təmin edilməsi burada ən ağır koronaviruslu xəstələrin müalicəsinə imkan verir.
Hospitalın Reanimasiya və intensiv terapiya şöbəsinin yüksəkixtisaslı reanimatoloqları bu imkanlardan çox geniş istifadə edirlər. Xatırladaq ki, Azərbaycanda koronaviruslu xəstənin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) cihazı ilk dəfə məhz Mərkəzi Gömrük Hospitalında istifadə edilmişdir.
Bu gün isə Hospitalın ürək -damar cərrahı, perfuzioloq və reanimatoloqdan ibarət briqadası tərəfindən tərəfindən artıq dördüncü ağır koronaviruslu xəstə EKMO cihazına qoşulub.İxtisasca həkim olan 48 yaşlı pasiyentin ağciyərlərinin 90%-dən çoxu zədəli və qan qazlarında ciddi mənfi dinamika müşahidə olunduğu üçün xəstə EKMO apparatına qoşuldu. Hal-hazırda xəstənin vəziyyəti stabil kritik ağır kimi qiymətləndirilir.
Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin rəisi Tural Sadıqov bildirib ki, koronaviruslu xəstələrdə ağciyərlər öz funksiyasını heç cür bərpa edə bilmirsə, süni tənəffüs aparatına qoşulduqda da fayda olmursa, xəstə məcburən EKMO cihazına qoşulur. Şöbədə ilk EKMO cihazına qoşulan pasiyent artıq uğurla cihazdan və süni tənəffüs aparatından ayrılıb. Hazırda digər xəstələrin müalicəsi davam edilir.
Qeyd edək ki, EKMO cihazı ağciyər və ürək yerinə 2-3 həftə və daha artıq funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müasir və yüksək texnoloji bir müalicə üsuludur.
Son xəbərlər