Xalqımızın qədim və gözəl bayramlarından biri, insanları halallığa, paklığa səsləyən Müqəddəs Qurban bayramı ərəfəsində Mərkəzi Gömrük Hospitalının bir qrup həkimi Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda məskunlaşan qocaları ziyarət ediblər. Mərkəzi Gömrük Hospitalının həkimləri oranın sakinlərini müayinə edib, öz həkim məsləhətlərini verib və Qurban bayramı münasibətilə təbrik ediblər.
Mərkəzi Gömrük Hospitalının keçirdiyi bu aksiya çərçivəsində 100-ə yaxın pansionatın sakini oftalmoloji, nervoloji və kardioloji müayinələrdən keçib. Pansionatın direktoru Qətibə Əsədova bu cür xeyirxah aksiyanın keçirilməsinə görə Mərkəzi Gömrük Hospitalının rəhbərliyi və həkimlərinə dərin minnətdarlığını bildirib və təşəkkür məktubu təqdim edib. Tibbi müayinədən sonra pansionatın sakinləri üçün Qurban bayramı münasibətilə bayram süfrəsi açılıb.
...Qurban bayramı Azərbaycan xalqının sevimli bayramlarından biri olmaqla, xalqımızın milli-mənəvi dəyərlərini bütün dolğunluğu ilə özündə əks etdirir. Ahıl insanlara hörmət və ehtiram isə Azərbaycan mentalitetinə xas xüsusiyyətlərdən biridir.
Son xəbərlər