XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalının əməkdaşları Florence Nightingale Xəstəxanalar Qrupunda təkmilləşdirmə kursu keçir

Mərkəzi Gömrük Hospitalının dörd əməkdaşı Florence Nightingale Xəstəxanalar Qrupunda təkmilləşdirmə kursu keçməyə başlayıb.

 

Mərkəzi Gömrük Hospitalın Ümumi cərrahiyyə şöbəsinin böyük tibb bacısı Amalya Əliyeva, Kardiocərrahiyyə və qadın doğum şöbəsinin böyük tibb bacısı Ətayə Novruzova, Anesteziologiya, reanimasiya, intensiv terapiya şöbəsinin tibb qardaşı Simran Məmmədov və Angiologiya, radiologiya şöbəsinin texniki Cəfər Cəfərov bir ay müddətinə Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupuna ezam olunub. Əsas məqsəd tibbin müasir metodlarını, yeniliklərini öyrənmək, praktiki, nəzəri biliklərini təkmilləşdirmək və qabaqcıl beynəlxalq təcrübəni Mərkəzi Gömrük Hospitalında tətbiq etməkdir.

 

Həmin əməkdaşlar iyulun 8-dən avqustun 3-nə qədər olan müddətdə Türkiyə Florence Nightingale Xəstəxanalar Qrupunda öz sahələri üzrə işləyərək beynəlxalq təcrübə qazanacaq, eyni zamanda Dəmiroğlu Bilim Tibb Universitetinin Orta Tibb işçiləri fakültəsində dərslər keçərək nəzəri biliklərini artıracaqlar.

 

Qeyd edək ki, sözügedən təkmilləşdimə kursu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu arasında cari ilin 3 may tarixində imzalanmış memoranduma əsasən həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində Mərkəzi Gömrük Hospitalın həkimlərinin, tibb personalının müntəzəm olaraq Florence Nightingale Xəstəxanalar Qrupunda təkmilləşdirmə kurslarında iştirak etməsi, qarşılıqlı elmi-praktiki tədbirlərin, müştərək elmi-tədqiqat işlərin və tibbi araşdırmaların keçirilməsi nəzərdə tutulub.