XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalının orta tibb işçilərinin Florence Nightingale Xəstəxanalar Qrupuna ezamiyyəti başa çatıb

Mərkəzi Gömrük Hospitalının dörd orta tibb işçisinin Türkiyənin Florence Nightingale Xəstəxənalar Qrupunda təkmilləşdirmə və təcrübə mübadiləsi məqsədilə ezamiyyətləri uğurla başa çatıb. Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin böyük tibb bacısı Amaliya Əliyeva, Kardiocərrahiyyə şöbəsinin böyük tibb bacısı Ətayə Novruzova, Radiologiya şöbəsinin texniki Cəfər Cəfərov, Reanimasiya və İntensiv terapiya şöbəsinin tibb qardaşı Simran Məmmədov Florence Nightingale Xəstəxanalar Qrupunun bir sıra xəstəxanalında orta tibb işçilərinin işləmə prinsipləri ilə tanış olub və eyni profilli şöbələrin gündəlik fəaliyyətində yaxından iştirak ediblər.


İnanırıq ki, Florence Nightingale Xəstəxanalar Qrupuna ezam olunmuş orta tibb işçiləri öz sahələri üzrə öyrəndikləri bilik və bacarıqları döğma Mərkəzi Gömrük Hospitalında uğurla tətbiq edəcəklər.


Amaliya Əliyevanı, Ətayə Novruzovanı, Cəfər Cəfərovu və Simran Məmmədovu təkmilləşdirmə kursunu uğurla başa vurmaqları münasibətilə təbrik edirik və onlara işlərində uğurlar arzulayırıq!