Mərkəzi Gömrük Hospitalının partnyoru JCI standartı üzrə akkreditasiyadan keçir
Florence Nightingale Xəstəxanalar Qrupunda Joint Commission İnterntional (JCİ) standartı üzrə növbəti akkreditasiya keçirilir. Audit nəticələri əsasında yaxın günlərdə Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı olan Florence Nightingale Xəstəxanalar Qrupu növbəti JCİ sertifikatını alacaq.
Hazırda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının müalicə işləri üzrə rəis müavini Bəxtiyar Musayev və Satınalma və Təchizat şöbəsinin rəisi Fərid Əliyev Florence Nightingale Xəstəxanalar Qrupunun dəvəti ilə JCİ audit prosesini müşahidə edirlər.
Azərbaycan nümayəndə heyətinin bu prosesdə iştirak etməsi tibbi xidmətlərin təşkili üzrə müasir beynəlxalq standartlarını öyrənmək və gələcəkdə Mərkəzi Gömrük Hospitalının JCİ akkreditasiyası prosesinə hazırlışmaq məqsədi daşıyır.
Qeyd edək ki, JCİ sertifikatı dünyada tibb müəssisələri arasında tanınmış, tibbi xidmətlərin keyfiyyətinin daha da təkmilləşdirilməsinə və təhlükəsizliyinin təmin edilməsinə zəmanət verən yüksək keyfiyyət standartıdır.
Son xəbərlər