XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalının plastik cərrahı İnarə İsmayılova 7-9 Noyabr 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən "I Bosfor döş üzərində canlı cərrahiyyə kursu”nda iştirak edir.

Mərkəzi Gömrük Hospitalının plastik cərrahı İnarə İsmayılova 7-9 Noyabr 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən "I Bosfor döş üzərində canlı cərrahiyyə kursu”nda iştirak edir. Canlı cərrahiyyə süd vəzinin estetik tədrisində əməliyyatların bütün nüanslarını nümayiş etdirən ən yaxşı metodlardan biridir.


Tədbirdə Beynəlxalq Estetik Plastik Cərrahiyyə Cəmiyyətinin milli katibi professor Akın Yüsel süd vəzi üzərində plastik əməliyyatın həyata keçirilməsini canlı surətdə nümayiş etdirib. Professor Akın Yüsel qeyd edib ki, izi qalmayan əməliyyatlar ən uğurlu plastik əməliyyat hesab olunur.


Son vaxtlar bütün dünyada estetik əməliyyatlara tələbat çoxalıb və hazırda daha çox pasiyentlər plastik və rekonstruktiv cərrahlara müraciət edirlər. Plastik və rekonstruktiv əməliyyatlar özündə kompleks hiss edən qadınların psixoloji sağalmasında həlledici rol oynayır.


Müasir metodikalar sayəsində süd vəzi xəstəliklərinin cərrahiyyəsindən sonra pasiyentlər tez bir zamanda normal həyata qayıdır. Təlim zamanı yeni biliklərə, bacarıqlara yiyələnən iştirakçılar həm də xarici həmkarları ilə görüşüb fikir mübadiləsi aparıblar.