XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

  • 1.jpg
  • 2.jpg
  • 4.jpg
  • 3.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.1.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg

3 may 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, rəsmi tərəfdaş Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və Naxçıvan Baş Gömrük İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib.


Konfrans Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.


Konfransda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi,  gömrük xidməti general-mayoru Vüqar Əliyev, Naxçıvan MR Səhiyyə Naziri səlahiyyətlərini müvəqqəti icra edən Samiq Sadıxov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavinləri Şahlar Mirqasım, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev və digər rəsmi qonaqlar iştirak ediblər.


Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tədbir iştirakçılarını salamlayaraq, “Naxçıvan sağlamlıq günləri” çərçivəsində Naxçıvanda keçirilən silsilə tədbirlərin keçirilməsinə görə Naxçıvan Baş Gömrük İdarəsinə, Naxçıvan Səhiyyə nazirliyinə, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinə öz təşəkkürünü bildirib.


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov çıxışında Ulu öndər Heydər Əliyevin ad günü ərəfəsində və onun doğma Vətənində belə bir tədbirin keçirilməsinin böyük əhəmiyyətindən danışıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov çıxışında bildirib ki, hər bir cəmiyyəti irəliyə aparan onun baxışıdır, düşüncəsidir, gələcəyə bağlı olan strategiyasıdır.


Naxçıvan MR səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Samiq Sadıxov muxtar respublikada səhiyyənin inkişafından, müasir dövrdə aparılan işlər barədə məlumat verib.


Daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin  sədri, t.ü.f.d. Yeganə Abbasova,  Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyərinin sədri, t.ü.f.d. Zəhra Vəzirova çıxış ediblər.


Daha sonra Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudovun və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin sədri Zəhra Vəzirovanın moderatorluğu ilə keçirilən konfransda Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah, transplantoloq Dr.Mircəlal Kazımi, Dr.Yeganə Abbasova, Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq Dr.Eldəniz Hüseynov çıxış ediblər.

Konfransın bağlanış hissəsində Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Azərbaycanda meyitdən orqan transplantasiyası əməliyyatlarından danışıb, deyib ki, konfransda verilən müasir, bu günümüzə uyğun biliklər həm tələbələr, həm rezidentlər, həm də müəllimlər üçün çox faydalı oldu. Çıxışının sonunda İsmayıl Əfəndiyev konfransın təşkilatçılarına minnətdarlığını bildirib.

 

foto