XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

“Nefrologiyada müasir çağırışlara yeni baxış” mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçirilib

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg

23 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “EGİS Pharmaceuticals PLC” və Ascent MMC şirkətlərinin birgə təşkilatçılığı ilə “Nefrologiyada müasir çağırışlara yeni baxış” mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçirilib. 


Hibrid formatda 200-dən çox dinləyicinin iştirakı ilə həyata keçirilən Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb. 


Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev konfrans iştirakçılarını Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru, t.ü.f.d., əməkdar həkim Ceyhun Məmmədovun adından salamlayıb.


Böyrək xəstəlikləri və fəsadlarının müasir səhiyyənin aktual mövzularından olduğunu qeyd edən dos. İ. Əfəndiyev xəstəliyin qlobal yükünü əks etdirən statistik rəqəmlər barədə ətraflı məlumat verib. O, ölkəmizdə xronik böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin keyfiyyətli tibbi xidmətlərdən yararlana bilmələri üçün həyata keçirilən fəaliyyətləri qeyd edərək Mərkəzi Gömrük Hospitalının da bu sahədə genişmiqyaslı təcrübəyə malik olduğunu vurğulayıb. 


Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin davamlı tibbi təhsil fəaliyyətlərinin təşkili istiqamətində həyata keçirdiyi tədbirlərin mövcud təcrübənin paylaşılması, beynəlxalq təcrübənin öyrənilməsi və mütəxəssislərarası təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə icra edildiyini vurğulayan İ. Əfəndiyev çıxışının sonunda konfransın işini açıq elan edib.


Konfransın rəsmi açılış hissəsində eyni zamanda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim Rəşad Mahmudov, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov və “Azərbaycan Nefroloqlar Cəmiyyəti” İctimai Birliyinin sədri, t.ü.f.d. Cəbrayıl Cəbrayılov da çıxış edib.


Rəsmi hissə Türkiyənin Dokuz Eylül Universiteti Tibb Fakültəsinin professoru Taner Çamsarı tərəfindən “Nefrologiyanın qlobal perspektivləri” mövzusunda təqdim edilən konseptual məruzə ilə yekunlaşıb.


Konfransın elmi hissəsi Mərkəzi Gömrük Hospitalının Efferent Terapiya şöbəsinin rəisi Mirmənsim Məmmədov və “Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” PHŞ-nin direktoru, t.ü.f.d. Fariz Babayevin moderatorluğu ilə “Nefrologiyanın müasir klinik aspektləri” paneli öz işinə başlayıb.


Ümumilikdə 3 paneldə müvafiq sahənin yerli və beynəlxalq yüksəkixtisaslı mütəxəssisləri tərəfindən 11 məruzənin təqdim olunduğu konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 8 DTT balı ilə qiymətləndirilib. 

 

foto