17 oktyabr tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin davamlı tibbi təhsil proqramı çərçivəsində Mərkəzi Gömrük Hospitalının orta tibb işçilərinə “Həyatı təhlükəli aritmiyaların vaxtında diaqnozu və ilk tədbirlər” mövzusunda təlim keçirilib. Təlim Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və Reanimasiya şöbəsinin reanimatoloqu Təranə Göyüşova tərəfindən tədris olunub.
Təlim zamanı “sinus taxikardiyası”, “atrial fibrilasiya”, “mədəciklərin fibrilyasiyası”, “supraventrikulyar taxikardiyası” mövzuları ətrafında geniş müzakirələr aparılıb və orta tibb işçilərini maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Elmi Təcrübi və Tədris Mərkəzinin davamlı tibbi təhsil proqramı çərçivəsində orta tibb işçiləri üçün həftədə 2 dəfə təlimlər keçirilir
Son xəbərlər