XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Region Gənclərinin Narkomaniya ilə Mübarizə Forumu keçirilib.

  • 2.jpg
  • 19.jpg
  • 14.jpg
  • 1.jpg
  • 20.jpg
  • 4.jpg
  • 3.jpg
  • 13.jpg
  • 12.jpg
  • 11.jpg
  • 10.jpg
  • 9.jpg
  • 18.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg

24 iyun 2022-ci il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Yeni Azərbaycan Partiyası Astara Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr edilmiş “Region Gənclərinin Narkomaniya ilə mübarizə Forumu” həyata keçirilib.


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Elnurə Novruzlu Forumun iştirakçılarını salamlayaraq, beynəlxalq səviyyədə qeyd olunan günün tarixi barədə məlumat verib. Narkomaniya ilə mübarizənin ailə və məktəbdən başlanmalı olduğunu qeyd edən E.Novruzlu bu istiqamətdə çalışan aidiyyatı qurumların əlaqələndirilmiş işinin təşkil edilməsinin vacib əhəmiyyətə malik olduğunu vurğulayıb.


O, həmçinin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Dövlət Gömrük Komitəsi, o cümlədən Tibbi Xidmət İdarəsi tərəfindən görülən işlər barədə məlumat verib. Forumun narkomaniya ilə mübarizə istiqamətində öz töhfəsini verəcəyinə, aidiyyatı qurumlararası əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə şərait yaradacağına və maraqlı müzakirələr üçün faydalı bir platforma olacağına inandığını qeyd edən E.Novruzlu çıxışının sonunda forumun işinə uğurlar arzu edib.


Tədbirin rəsmi açılış hissəsində, eyni zamanda, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi- Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili Rəşad Mahmudov və Astara Rayon İcra Hakimiyyəti Başçısının müavini,  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova da çıxış edib.


Rəsmi hissədən sonra elmi hissə Rəşad Mahmudovun moderatorluğu ilə öz işinə başlayıb. Elmi hissədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev “Yeni sintetik narkotiklər və psixoaktiv maddələr-narkomaniya nədir?”, Lənkəran Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov “Təhsil sisteminin narkomaniya ilə mübarizədə rolu: haradayıq və nə etməliyik?”, Cənub Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqatlar İdarəsi Təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti kapitanı Samir Mustafayev “Narkomaniya ilə sərhəddən başlayan mübarizə”, Astara Rayon Polis Şöbəsininxidmət üzrə rəis müavini, polis polkovnik leytenantı Amil Seyfullayev “Narkomaniya: Cinayət və cəza prosesin hansı mərhələsindədir?” və Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə “Narkomaniya ilə mübarizədə könüllülüyün və ictimai fəaliyyətin rolu” mövzularında çıxış ediblər.


Forumun sonunda auditoriyanı maraqlandıran suallar cavablandırılıb və xatirə fotosu çəkilib.
Astara rayon Mədəniyyət Mərkəzində 250 nəfər gəncin iştirakı ilə həyata keçirilmiş tədbir eyni zamanda Mərkəzi

 

Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən də canlı yayımlanıb.

 

 foto