XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Rusiyalı mütəxəssislər Mərkəzi Gömrük Hospitalının fəaliyyəti barədə xoş fikirlər səsləndiriblər

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirus (COVID-19) sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəlib. İyul ayının 9-da koronavirus pandemiyası ilə bağlı Rusiya Federasiyasından həkim heyəti Azərbaycan Respublikasına səfər etmişdir. Rusiya Federal Biomedikal Agentliyinin (FBMA) baş infeksionisti Vladimir Nikiforov başda olmaqla nümayəndə heyəti Mərkəzi Gömrük Hospitalında olublar.


Onlar Hospitalın şöbələrini gəzmiş, Reanimasiya şöbəsində və digər stasionar şöbələrdə koronavirus infeksiyası ilə müalicə olunan xəstələri ziyarət ediblər. Hospitalın həkimləri ilə birgə müalicə protokolları, görülən diaqnostik və müalicə tədbirləri barədə diskussiyalar aparılmış, müəyyən tövsiyələr verilmişdir. Hospitalın şöbələri ilə tanışlıqdan sonra Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov və müalicə işləri üzrə rəsi müavini Bəxtiyar Musayevlə rusiyalı həkimlər arasında görüş keçirilmişdir. Görüş zamanı qonaqlar Hospital barədə öz fikirlərini söyləmişlər.


Onlar HospitalınCOVİD-19-la mübarizəyə hazırlıqda, avadanlıq və müalicə taktikası və müalicə sxemləri ilə bağlı yüksək professionallığını xüsusi qeyd etmişlər. Qonaqlar, eyni zamanda, Hospitalın texniki cəhətdən hazırlığını, burada xəstələr və tibbi personal üçün xüsusi yolların ayrılmasını, nişanlanmasını, dezinfeksiya zonasını, ümumiyyətlə Hospitalın texniki təchizatını, işlənilən protokolları yüksək qiymətləndiriblər, ümumilikdə Mərkəzi Gömrük Hospitalının fəaliyyəti barədə xoş fikirlər səsləndiriblər.


Nüfuzlu rusiyalı mütəxəssislər Vətənimizin bu çətin günlərində COVİD-19 pandemiyası şəraitində gərgin iş rejimində çalışan peşəkar və yüksəkixtisaslı həkimlərimizin və fədakar tibb işçilərimizin böyük əməyini xüsusilə vurğulayıblar.