XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Tibb sahəsində əməkdaşlıq üzrə memorandum imzalanıb

Mayın 3-də Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, Florence  Nightingale Hastaneler Qrupu və Türkiyə Cümhuriyyəti Demiroğlu Bilim Universiteti arasında üçtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. 


Memorandumu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Florence  Nightingale Hastaneler Qrupunun icraçı direktoru Sinan Nazif Aran və Demiroğlu Bilim Universitetinin rektoru Çavlan Çiftçi imzalayıb.


Tədbirdə Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalın rəisi Elman Məmmədov və digər rəsmi şəxslər də  iştirak ediblər. Bu memorandum tərəflər üçün tibb sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə, inkişafına xidmət edəcək. Əməkdaşlıq çərçivəsində həmçinin Demiroğlu Bilim Universiteti ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzi arasında tibbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, müştərək elmi-praktiki konfransların, simpoziumların, ixtisasartırma kurslarının, o cümlədən digər  tibbi tədbirlərin təşkili nəzərdə tutulur. Eyni zamanda qurumların mütəxəssisləri  arasında fəaliyyət sahələri üzrə teletibb əlaqələrinin qurulması layihəsi də ən qısa zamanda həyata keçiriləcək. 


Hər iki ölkənin aparıcı tibb müəssisələrindən olan-Mərkəzi Gömrük Hospitalı və Florence Nightingale Hastaneler Qrupu arasında  qurulan əməkdaşlıq bundan sonra əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə rəvac verəcək, bu istiqamətdə intensiv iş aparılacaq. Mərkəzi Gömrük Hospitalının və Florence Nightingale Hastaneler Qrupunun aparıcı mütəxəssislərinin iştirakı ilə keçiriləcək qarşılıqlı elmi-praktiki tədbirlər, müştərək elmi-tədqiqat işləri, tibbi araşdırmalar, birgə əməkdaşlıq nəticəsində  ölkəmizdə tibbdə yeniliklərin tətbiqinə, yeni elmi nailiyyətlərin əldə edilməsinə və bu sahənin inkişafına öz töhfəsini verəcək.


Qeyd edək ki, imzalanma mərasimindən sonra qonaqlar Mərkəzi Gömrük Hospitalında yaradılan şəraitlə yaxından tanış olaraq qaraciyər və böyrək transplantasiyası, yeni doğulmuş xəstə uşaqlarda aparılan ürək əməliyyatları haqqında ətraflı məlumat alıblar. Qeyd edilib ki, hospital tibbi və texniki təchizatına, qaraciyər və böyrək transplantasiyası kimi keçirilən əməliyyatlara  görə Azərbaycanda ən müasir standartlara cavab verən tibb müəssisəsidir. 


 foto