XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Türkiyənin məşhur Florence Nightingale Xəstəxanalar qrupunun professorları uşaqları müayinə ediblər

30 may 2019-cu il tarixində Mərkəzi Gömrük Hospitalında 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar ürək-damar cərrahı, t.e.d. Dr. Rəşad Mahmudovun rəhbərliyi altında Türkiyənin Florence Nightingale Xəstəxanalar qrupunun mütəxəssisləri – ürək-damar cərrahı Prof. Op. Dr. Bülent Polat (https://www.florence.com.tr/op-dr-bulent-polat) və pediatrik kardioloq Prof. Yalım Yalçın (https://www.florence.com.tr/prof-dr-yalim-yalcin) ürək qüsurları olan uşaqları ödənişsiz müayinə ediblər.




Aksiya  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi ilə Florence  Nightingale Hastaneler Qrupu və Türkiyə Cümhuriyyəti Demiroğlu Bilim Universiteti ilə birgə 3 may 2019-cu il tarixində  üçtərəfli əməkdaşlıq haqqında imzalanmış anlaşma memorandumu çərçivəsində həyata keçirilib. Bu aksiyada 30-dək uşaq tibbi müayinədən keçib.