XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə DGK-nin Tibbi Xidmət İdarəsi arasında əməkdaşlığa dair Memorandum imzalanıb

  • 1.JPG
  • 2.JPG
  • 3.jpg
  • 4.jpg
  • 5.JPG
  • 6.JPG
  • 7.jpg
  • 8.jpg
  • 9.JPG
  • 10.JPG

10 iyul 2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Əməkdaşlıq sənədini Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, general-mayor Ceyhun Məmmədov və Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov imzalayıblar.

 

İkitərəfli görüşdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev və digər rəsmi nümayəndələr iştirak ediblər. 

 

Sənədin imzalanması tədbirində əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində həyata keçirilən işlərə töhfə verilməsi, həmçinin əlilliyi olan şəxslərin müvafiq tibb xidmətlərindən faydalanması üçün bu cür əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

 

İmzalanan əməkdaşlıq sənədi əlilliyi olan şəxslərin, o cümlədən uşaqların Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən Mərkəzi Gömrük Hospitalında ümumi tibbi müayinələrinin, lazımi diaqnostik prosedurlarının və ehtiyac olduqda cərrahi əməliyyatlarının həyata keçirilməsini əhatə edir. Memoranduma əsasən, əlilliyi olan şəxslərin tibbi maarifləndirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən təlimlərin keçirilməsi də nəzərdə tutulur.