XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mama-ginekologiyada müasir trendlər-Böyük Britaniya təcrübəsi” mövzusunda Dəyirmi masa keçirilib

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg

14 avqust 2024-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Mama-ginekologiyada müasir trendlər – Böyük Britaniya təcrübəsi” mövzusunda  Dəyirmi masa keçirilib. 


Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., tibb xidməti mayoru dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi - Baş həkimi, tibb xidməti polkovnik-leytenantı Bəxtiyar Musayev, rəis müavini, tibb xidməti mayoru Nahidə Mahmudova, Böyük Britaniyanın Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu, PhD, Fidan İsrafil-Bəyli, Mərkəzi Gömrük Hospitalının və respublikanın aparıcı mama-ginekoloqları iştirak ediblər.


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., , dosent İsmayıl Əfəndiyev tədbiri açaraq, həm öz adından, həm Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədovun adından İngiltərədən dəvət olunmuş qonağı - Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu, PhD, Fidan İsrafil-Bəylini və Dəyirmi masa iştirakçılarını salamlayıb, Mərkəzi Gömrük Hospitalının fəaliyyəti, ilin sonuna qədər Hospitalın ikinci binasının – Ana və Uşaq Sağlamlıq Mərkəzinin açılışı barədə ətraflı məlumat verib. İ.Əfəndiyev əminliyini bildirib ki, hazırda Mərkəzi Gömrük Hospitalı respublikamızda birinci yeri tutduğu kimi, gələcəkdə Ana və Uşaq Sağlamlıq Mərkəzi də daim ön sıralarda olacaq. 
Mərkəzi Gömrük Hospitalının rəisi - Baş həkimi Bəxtiyar Musayev tezliklə Ana və Uşaq Sağlamlıq Mərkəzinin açılmasından, mərkəzin ən müasir tibbi avadanlıqlarla təchiz edilməsindən, Hospitaldan bir sıra şöbələrin – Mama-ginekologiya, Uşaq cərrahiyyəsi, Pediatriya şöbələrinin ora köçürülməsi planı barədə danışıb.  


Dəyirmi masada çıxış edən Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu, PhD, Fidan İsrafil-Bəyli “Vaginal prolaps-diaqnostika, menecment və cərrahiyyə” mövzusunda estetik ginekoloji kosmetoloji prosedurlar barədə danışıb. Fidan həkimin toxunduğu ikinci məsələ bütün dünyada aktual olan və böyük problemlər yaradan vaxtından əvvəl doğuşlar olub. "Mamalıqda müasir trendlər" mövzusunda danışan həkim qeyd edib ki, vaxtından əvvəl doğulan uşaqlarda problemlər daha çox olur. Bu da valideynlər üçün həm emosional, həm də maddi cəhətdən problemlər yaradır. Bununla bağlı Böyük Britaniyada xüsusi proqramlar vardır ki, vaxtından əvvəl doğuşun baş verməməsi, hansı tədbirlərin görülməsi barədə bu sənədlərdən yararlanmaq faydalı olar. 


Qeyd edək ki, hazırda mama-ginekoloq, PhD, Fidan İsrafil-Bəyli Birmingem Ana və uşaq xəstəxanasında çalışır. Bu tibb müəssisəsi İngiltərədə çox böyük xəstəxanadır. Hər il burada 9 mindən artıq doğuş həyata keçirilir. Dəyirmi masa panel müzakirələr və sual-cavab sessiyaları vasitəsilə interaktiv şəkildə davam edib.