XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tibbi aksiya keçirib

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 9.jpg
  • 12.jpg
  • 11.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg

Dövlət Gömrük Komitəsinin Tibb Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının  Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Mərdəkan qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2№-li ümumi orta internat məktəbində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş tibbi aksiya keçirilib. 


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev tədbiri giriş sözü ilə açaraq deyib: “Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Prezident İlham Əliyev uşaqların sağlam və xoşbəxt böyüməsinə  hər zaman xüsusi diqqət və qayğı ilə yanaşır. Bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin həllinə xüsusi diqqət yetirir. O, dahi  şəxsiyyətin  uşaqlarla bağlı xeyirxah ənənələrini davam etdirir və uğurla həyata keçirir. Uşaqlar üçün yaradılan imkanlar  genişləndirilir”.  


Dr.ismayıl Əfəndiyev çıxışında qeyd edib ki, uşaqların sağlamlıqlarının qayğısına qalmaq Hippokrat andı içmiş hər bir həkimin borcudur. Dr.İsmayıl Əfəndiyev çıxışının sonunda aksiyada iştirak edən uşaqları təbrik edib, onlara möhkəm cansağlığı, xoşbəxt və firavan həyat arzu edib.


Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2№-li ümumi orta internat məktəbinin direktoru Dilarə Məşədiyeva  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin  və Mərkəzi Gömrük Hospitalının rəhbərliyinə tibbi aksiyada iştirak edən tibb işçilərinə bu tibbi aksiyanı keçirdiklərinə təşəkkürünü bildirib. 
Tibbi aksiyada Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova, Poliklinika şöbəsinin rəisi, kardioloq Tamilla Əliyeva, Travmatologiya şöbəsinin rəisi, travmatoloq Ramin Rzayev, həkim psixiatr İradə Ramazanova, həkim-pediatrlar – Təranə Göyüşova, Fərəh Vahabova, Nigar Mirzəyeva, həkim-kardioloq Nəsimi Cabbarov, oftalmoloq Aynurə Əliyeva, uşaq nevroloqu Mehriban Məmmədova və tibb bacıları iştirak ediblər. 


Mərkəzi Gömrük Hospitalının həkimləri 2№-li ümumi orta internat məktəbin 100-ə yaxın uşaq kardioloji, oftalmoloji, travmatoloji, terapevtik və nervoloji müayinə ediblər, məsləhətlərini veriblər və hər birinə kitab hədiyyə ediblər. Qeyd edək ki, bu məlumat yalnız Mərkəzi Gömrük Hospitalının facebook sosial şəbəkəsi və internet səhifəsi üçündür.