Bu gün Mərkəzi Gömrük Hospitalında Azərbaycan cərrahiyyəsində bir ilkə imza atıldı. Ağır çəkidən (175 kiloqram) və şəkər xəstəliyindən əziyyət çəkən 1968-ci il təvəllüdlü Gürcüstan vətəndaşının üzərində Single Anastomosis Sleeve İleal Bypass (SASI-Sleeve Bypass) əməliyyatı həyata keçirildi.
Azərbaycanda ilk dəfə aparılan bu əməliyyatın unikallığı və mürəkkəbliyi ondan ibarətdir ki, tibb elminin ən son texnologiyalarından istifadə edərək pasiyentin mədə cisminin bir hissəsinin kəsilib atılması ilə (sleeve gastrectomy) yanaşı, nazik bağırsağın başlanğıc hissəsi ilə mədə çıxacağı arasında anastomoz (bypass) yaradılmasıdır.
Laporaskopik həyata keçirilən SASI-Sleeve Bypass əməliyyatı kəskin çəki itkisinə nail olmaqda digər standart mədə şuntlama əməliyyatlarından daha effektiv, qısa zamanlı və əməlliyyat sonrası reabilitasiyanın elavə dərman pretaratları tələb etməyən bir əməliyyatdır. Bu əməlliyyat nəticəsində pasiyentin çəkisi 175 kiloqramdan 80 kiloqrama düşməsi ilə yanaşı şəkər xəstəliyinin də yüngülləşməsi gözlənilir.
Hospitalın beynəlxalq təcrübəli ümumi cərrahı Dr. Mojtaba HAŞEMZADE tərəfindən icra edilən və 1 saat yarım müddətində davam edən SASI-Sleeve Bypass bariatrik əməliyyatı uğurla başa çatdı.
Son xəbərlər