XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

“29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günü”nə həsr edilmiş Onlayn Elmi Konfrans yekunlaşıb

29-30 oktyabr 2021-ci il tarixlərində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə ZOOM platforması üzərindən həyata keçirilmiş və “29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günü”nə həsr edilmiş "Neyrovaskulyar çatışmazlıq: İmkanlar və Gələcək Perspektivlər" mövzusunda Onlayn Elmi Konfrans yekunlaşıb.


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov salamlama nitqi ilə çıxış edərək Onlayn Elmi Konfransı açıq elan edib. İki gün ərzində davam edən Konfransın rəsmi açılış hissəsində eyni zamanda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, ürək-damar cərrahı Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov və Səhiyyə Nazirliyinin baş nevroloqu, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Dilarə Xəlilova da çıxış ediblər.


Rəsmi açılış hissəsindən sonra konfransın elmi hissəsi birinci gün Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, ürək-damar cərrahı Dr. Rəşad Mahmudovun rəhbərliyi ilə “Neyrovaskulyar xəstəliklərdə anatomiya və ateroskleroz”, Respublika Diaqnostika Mərkəzinin İntervensional radiologiya və diaqnostika şöbəsinin müdiri Dr. Ahmet Memişin moderatorluğu ilə “Xronik və kəskin neyrovaskulyar çatışmazlıqda nevrolojik, cərrahi və endovaskulyar müalicə”, ikinci gün isə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin intervension-radioloqu Dr. Ağakişi Yəhyayevin moderatorluğu ilə “İnsultlu xəstələrə reanimasion yanaşma və kəskin beynin qanaxmaları”, Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqu Dr. Səidə Kərimovanın moderatorluğu ilə “İnsult mərkəzi və reabilitasiya” paneli ilə davam edib. 300-dən çox mütəxəssisin iştirak etdiyi Konfransda ümumilikdə 4 paneldə 13 məruzə dinlənilib, panel müzakirələr və sual-cavab sesiyaları təşkil olunub.


BMT-nin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nə əsasən III Davamlı İnkişaf Məqsədinin müvafiq hədəfinə (Hədəf 3.4: 2030-cu ilədək, profilaktika və müalicə vasitəsilə qeyri-yoluxucu xəstəliklərdən erkən ölüm hallarını üçdə bir dəfə azaltmaq, psixi sağlamlığı və ümumi rifahı təşviq etmək) nail olunması istiqamətində ölkəmizdə həyata keçirilən fəaliyyətlərin icrasına töhfə vermək məqsədilə həyata keçirilmiş Onlayn Elmi Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 12 DTT balı qazanıb.


Qeyd edək ki, Onlayn Elmi Konfrans eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.

 

 foto