XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

“Beynəlxalq Altsheymer Xəstəliyi barədə Məlumatlandırma Günü”nə həsr edilmiş “Demensiyaların müasir psixososial xüsusiyyətləri” mövzusunda Elmi Konfrans keçirilib.

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg

23 sentyabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və “Dayaq ZN” Patronaj Xidmətinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Altsheymer Xəstəliyi barədə Məlumatlandırma Günü”nə həsr edilmiş “Demensiyaların müasir psixososial xüsusiyyətləri” mövzusunda Elmi Konfrans həyata keçirilib.


Rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Konfrans iştirakçılarını salamlayaraq demensiyanın vacib ictimai səhiyyə problemi olduğunu qeyd edib. O, profilaktikanın vacib əhəmiyyət kəsb etdiyini vurğulayaraq maarifləndirici tədbirlərin mütəxəssislərarası təcrübə mübadiləsinin təmin edilməsində mühüm rola malik olduğunu qeyd edib.


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim Rəşad Mahmudov da konfransın rəsmi hissəsində çıxış edərək Mərkəzi Gömrük Hospitalında mütəmadi olaraq həyata keçirilən davamlı tibbi təhsil tədbirləri barədə məlumat verib.
Konfransın rəsmi açılış hissəsində həmçinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun Psixatriya kafedrasının müdiri, t.e.d., professor, Səhiyyə Nazirliyinin Ekspert mütəxəssisi Teymur Qafarov və Mediart Psixi Sağlamlıq Mərkəzinin baş həkimi, psixiatr, t.e.d. Araz Əliquliyev də çıxış edərək  mövzu ilə əlaqəli fikirlərini bölüşüblər və Tibbi Xidmət İdarəsi tərəfindən keçirilən tədbirləri yüksək qiymətləndiriblər. 


100-ə yaxın iştirakçının əyani, 300-ə yaxın iştirakçının distant iştirak etdiyi Konfransda yüksəkixtisaslı mütəxəssislər tərəfindən mövzu ilə əlaqəli təqdimatlar edilib və auditoriyanı maraqlandıran suallar cavablandırıb.


Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 6 DTT balı ilə qiymətləndirilmiş Konfrans Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsindən də canlı yayımlanıb.

 

foto