XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Dövlət Gömrük Komitəsinin komandası intellektual bilik yarışında I yerə layiq görüldü

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Ümummilli Lider Heydər Əliyev – müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda 26 dövlət qurumunun iştirakı ilə təşkil olunan intellektual bilik yarışında Dövlət Gömrük Komitəsinin komandası I yerə layiq görülüb.


Komandanın kapitanı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, üzvlərindən biri isə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Azad Əhmədov olub.


Bu möhtəşəm nailiyyət münasibətilə Dövlət Gömrük Komitəsinin komandasının bütün üzvlərini səmimi-qəlbdən təbrik edir, onlara gələcək bilik yarışlarında da uğurlar, qətiyyət və yüksək nəticələr arzulayırıq.