XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti “Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin Tibb bacısı və Mamalıq sahələri üzrə I Elmi-Praktik Konfransı”nda iştirak ediblər

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının baş tibbi bacısı Gülyaz Fərəcova, böyük tibb bacıları-Amaliya Əliyeva və Sevda Abbasova 27 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və 2 nömrəli Bakı Baza Tibb Kollecinin təşkilatçılığı ilə “Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin Tibb bacısı və Mamalıq sahələri üzrə I Elmi-Praktik Konfransı”nda iştirak ediblər. 


Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhlimан Əmiraslanov, Türkdilli ölkələrin səfirləri və digər rəsmi şəxslər çıxış edərkən müasir səhiyyə sistemində keyfiyyətli xidmətin və sağlamlıq sisteminin davamlı inkişafında tibb bacılarının həlledici rolu olduğunu, eləcə də onların peşəkarlığı, humanist yanaşması və operativ qərarvermə bacarıqlarının səhiyyənin strateji inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. 


Konfrans işini panel iclaslarla davam etdirib. Panel iclaslarda tibb bacıları və mamalıq təhsilinin inkişafına müasir yanaşmalar, praktik iş təcrübələri, innovativ tədris metodları, həmçinin pasiyent təhlükəsizliyi və klinik praktikanın inkişafı üzrə geniş müzakirələr aparılıb.