XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin əməkdaşları "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər

  • 1.jpg
  • 5.jpg
  • 4.jpg
  • 3.jpg

30 mart 2024 cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin əməkdaşları "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı DGK TXİ əməkdaşları tərəfindən Abşeron rayon Müşfiqabad qəsəbəsi ərazisində 1 hektarlıq sahədə 625 ədəd şam və zeytun ağacları əkilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələrinin ekokönüllülərin qatıldığı aksiyada Bakının Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.


Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ağacəkmə işini ümummilli hədəflərimizdən birinə çevirmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.