XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg

3 may 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, rəsmi tərəfdaş Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və Naxçıvan Baş Gömrük İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanıb.


Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev və digər rəsmi qonaqlar iştirak ediblər.


Memorandum Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tərəfindən imzlanıb. Tibbi Xidmət İdarəsinin rəisi tədbirdə çıxış edərək Naxçıvan Dövlət Universitetinin tələbələrinin, eləcə də rezidentlərinin rotasiya, təcrübə keçməsi üçün Mərkəzi Gömrük Hospitalında olan imkanlarından danışıb.


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov bugünkü Memorandumun imzalanmasının həm Naxçıvan səhiyyəsi üçün, həm respublika səhiyyəsi üçün, həm də təhsil sahəsində mühüm hadisə olduğunu qeyd edib.