XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmətinin nümayəndələri “Hərbi Təbabətin aktual problemləri - 2025” konfransında iştirak ediblər

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg

Mayın 26-da Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin yaranmasının 25 illik yubileyinə həsr olunmuş “Hərbi təbabətin aktual problemləri -2025” adlı elmi-praktik konfrans keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim, tibb xidməti general mayoru Ceyhun Məmmədov, rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim, t.e.d., ümumi cərrah  Bəxtiyar Musayev, Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin rəisi Surxay Məmmədov iştirak ediblər.


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev konfransın Hərbi tibb sahəsində innovativ yanaşmalar sessiyasında “Hərbi qulluqçuların etilenqlikolla zəhərlənməsi hadisəsi” mövzusunda və Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin rəisi Surxay Məmmədov Hərbi Tibbi Profilaktika və Tibbi Xidmətlərin təşkili və taktikası sessiyasında “Dövlət sərhədinin sanitar mühafizəsində müasir tendensiyalar” mövzusunda təqdimatla çıxış ediblər. 


Konfransda hərbi tibb sahəsində aktual problemlər, innovativ yanaşmalar, tibbi xidmətlərin təşkili və taktiki aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçılar arasında təcrübə paylaşımı həyata keçirilib.